Sionistlər İbrahim məscidini bağlayıb

Sionist rejimi yəhudilərin bayramını əsas gətirərək İordan çayının qərb sahilinin Hebron şəhərindəki İbrahim məscidini bağlayıb.

Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, Qüds və Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn yəhudilərin bayramını əsas gətirərək, İsrail qüvvələrinin İbrahim məscidini müsəlmanların üzünə bağlamasını pisləyib.

Mövzu ilə bağlı dünən (17 avqust cümə axşamı) verdiyi açıqlamada Hüseyn İbrahim məscidinin müsəlmanların üzünə bağlanmasının azan və azan oxunmasına mane olduğunu, yəhudilərin isə istədikləri kimi ayinlərini icra etmələrinə icazə verildiyini bildirib.

Tövhid dinlərinin ibadət yerlərinə toxunmağı qadağan etdiyini qeyd edən Hüseyn, sionist İsrailin bu həqiqəti görməməzlikdən gəldiyini bildirib.

Müsəlmanların ibadət yerlərinə çatmasına mane olan pozuntulara son qoyulmalı olduğunu ifadə edən Hüseyn, sionist İsrailin İbrahim məscidini bağlamaq üçün irəli sürdüyü səbəblərin qəbuledilməz olduğunu bildirib. Rejim qüvvələri çərşənbə axşamı günündən etibarən İbrahim məscidini bir gün bağlı saxladıqları halda, yəhudilərin bayramını əsas gətirərək məscidi yəhudi köçkünlərin üzünə açıblar.

İbrahim məscidinin direktoru Həsən Ər-Rəcəbi bildirib ki, sionist rejim qüvvələri yəhudilərin bayramları zamanı fələstinlilərin məscidə getməsinə icazə verməyib və onun qapılarını bağlayıb, məscidə gedən yollarda barrikadalar qurub və azan oxunmasına mane olub.

Digər tərəfdən, işğalçı rejim qüvvələrinin yəhudilərin bayramlarını bəhanə edərək hər il ümumilikdə 10 gün İbrahim məscidini tamamilə müsəlmanların üzünə bağladığı, yəhudi məskunlaşanları qorumaq üçün məscid ətrafında geniş təhlükəsizlik tədbirləri gördüyü qeyd edilib.