Xəstəxanaların generatorlaşdırılmasına başlanıb

“Məndə olan məlumata görə, bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”, - deyə ölkə başçısı Oqtay Şirəliyevə iradını bildirmişdi.

Maraqlıdır, Səhiyyə Nazirliyi bu istiqamətlər hansı işlər görüb? Generatoru olmayan xəstəxanalar generatorla təchiz olunubmu?

Səfayə Əhmədova ile ilgili görsel sonucu

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yeni generatorlar alınır: “Ölkənin enerji sistemində qəza baş verən zaman səhiyyənin həyati əhəmiyyətli, yəni reanimasiyası, süni nəfəs aparatı olan tibb müəssisələrində generatorlar quraşdırılmışdı. O müəssisələrdəki araşdırma zamanı neqativ hallar aşkarlanıb, hazırda generatoru olmayan müəssisələrin təchizatı ilə məşğul olunur. Bunu bir günün içində etmək mümkün deyil. Generatorlar alınır və yerləşdirilir”.