Hüquqşünas: Dövlət Təhlükəsizlik Xidməti özünü hərbi səhra məhkəməsi kimi aparır
Dövlət Təhlükəsizlik Xidməti avqustun 28-də Xaçmaz rayonunda daha bir nəfəri, Nizami Nəcəfov adlı şəxsi əməliyyat zamanı öldürüb.
DTX-nın yaydığı məlumatda deyilir ki, Nizami Nəcəfov avtomat silahdan atəş açdığı üçün öldürülüb:
“Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb, silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov öldürülüb”.
Həmçinin məlumatda qeyd edilir ki, hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.
Son zamanlar DTX-nın keçidiyi əməliyyatlar zamanı terrorçuluqda şübhəli bilinən şəxslər xidməti silahdan istifadə edilməklə öldürülürlər.
Niderlandda mühacir həyatı yaşayan hüquqşünas Ataxan Əbilov şəxsi “Facebook” səhifəsində hadisəni şərh edərkən bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti özünü hərbi səhra məhkəməsi kimi aparır:
“Kimi harada istəyir güllələyir və adını terrorçu qoymaqla işi bağlanmış hesab edir. DTX bu gün növbəti Azərbaycan vətəndaşını güllələyib”.
DTX-nın əməliyyatı zamanı daha bir nəfər öldürülüb

Oxşar xəbərlər