Türkiyədə helikopter qəzası - ölənlər var

Noyabrın 26-da İstanbulun Sancaqtəpə ərazisində UH-1 hərbi helokopterin qəzaya uğraması nəticəsində 4 hərbçi ölüb, 1 nəfər yaralanıb. Əsgərin xəstəxanaya aparıldığı bildirilir.
 
"Hürriyet.com.tr” yazır ki, Türkiyə Müdafiə Nazirliyi qəzayla bağlı araşdırmaya başlayıb.
 
Sancaqtəpə Bələdiyyə başqanı İsmayıl Ərdəm deyib ki, olay təlim uçuşları aparılan ərazidə baş verib.
 
İstanbul valisi Ali Yerlikaya qəzanın səbəbini bilmədiyini söyləyib.
 
26 noyabr qəzası İstanbulda son 20 ildə baş verən helikopter qəzalarından beşincidir. İndiyə qədər qəza nəticəsində 19 nəfər ölüb.