Rusiya Hava Qüvvələrinə məxsus SU-30SM qırıcısı Aralıq dənizində qəzaya uğrayıb.
Modern.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində biri erməni əsilli olmaqla iki zabit həyatını itirib.
“Hadisə mayın 3-ü saat 10:45-də Qırıcının Xmeymim bazasındakı hava limanından sürət yığdığı zaman baş verib”- nazirlikdən bildirilib.
İlkin ehtimallara görə hadisəyə səbəb mühərrikə quşun düşməsi olub. Nazirlikdən bildirilib ki, qırıcıya heç bir atəş açılmayıb.
Bu hadisə Rusiya hərbisi tarixində SU-30 ailəsinə məxsus qırıcı itkisi ilə nəticələnmiş ilk hadisədir.
Zabitlərin kimliyi barədə nazirlikdən məlumat verilməyib. Lakin sosial şəbəkələrdə onlardan birinin erməni əsilli mayor Albert Davidyan olduğu bildirilir.
Rusiya qırıcısı Suriyada qəzaya düşdü – 2 nəfər öldü

Oxşar xəbərlər