Rusiyanın Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı 22-yə çatıb

Ukraynanın Dnepr şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb, nəticədə 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının səlahiyyətli şəxsi Vladislav Qayvanenko “Telegram” hesabında məlumat verib.

Onun bildirdiyinə görə, hadisə yerində bütün xidmətlər fəaliyyət göstərir.