Rusiya Donetsk vilayətində mağazanı vurub, 11 nəfər ölüb, 37 nəfər yaralanıb

Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" hesabında məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub.

Ən azı 11 nəfər ölüb, 37 nəfərin yaralandığı bildirilir.