"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

İspaniyanın "Real Madrid" klubu İngiltərə "Mançester Yunayted"inin və Portuqaliya millisinin futbolçusu Brunu Fernandeşi heyətinə qatmaq istəyir.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 28 yaşlı yarımmüdaifəçi üçün "qırmızı şeytanlar"a təklif göndərib.

"Kral klubu" portuqaliyalı oyunçunu "Sportinq"də çıxış edərkən almaq istəyib, lakin Fernandeş İngiltərədə oynamağa üstünlük verib.

Yarımmüdafiəçinin transfer qiyməti 75 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Brunu Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir.