Qarşıdakı aylarda Hizbullahla müharibə ehtimalı çox yüksəkdir

İsrail ordusundan verilən yazılı açıqlamaya görə, baş qərargah rəisi Herzi Halevi İsrail ordusunun Livanda hücumu simulyasiya edərək həyata keçirdiyi təlimdə çıxış edib. Halevi, "Şimalda müharibənin nə vaxt olacağını bilmirəm, amma sizə deyə bilərəm ki, bunun yaxın aylarda baş vermə ehtimalı keçmişlə müqayisədə xeyli yüksəkdir" deyib.

İsrail ordusunun Livanda döyüşmək üçün hazırlıqlarını artırdığını bildirən Halevi Qəzzadakı qarşıdurmalardan çoxlu dərslər aldığını iddia edib. Halevi ordunun Livanda çox açıq bir hədəfə çatmaq istədiyini və söz mövzusu məqsədin İsrailin şimalında yaşayanların evlərinə qaytarılması olduğunu bildirib.

Yanvarın 8-də İsrail rejiminin baş naziri Benyamin Netanyahu şimal sərhədindəki bölməyə səfəri zamanı Livan sərhədində təhlükəsizliyi təmin etmək və köçkün israillilərin öz yerlərinə qayıtması üçün “Hizbullahla müharibə də daxil olmaqla, hər şeyə hazır olduqlarını” söyləyir.

2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasındakı sərhəddə vaxtaşırı toqquşmalar baş verir. Bu toqquşmalarda 29 livanlı mülki şəxs və 162 Hizbullah üzvü, həmçinin 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.