“Şimal axını” qaz kəmərlərindəki terror aktının Rusiyanın ixtisaslaşmış strukturlarının iştirakı ilə şəffaf təhqiqatına ehtiyac var.
Operativtv.com APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsa telefon danışığı zamanı deyib.
“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinə qarşı terror aktı baş verib, onun şəraiti Rusiyanın ixtisaslaşmış strukturlarının iştirakı ilə şəffaf təhqiqat tələb edir”, - Putin bildirib.
Qeyd edək ki, Kreml Rusiya və Almaniya liderləri arasında telefon danışığı barədə məlumat yayıb. Bildirilib ki, liderlər Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərinə dair müzakirə aparıblar.
Putin Şoltsla “Şimal axını”ndakı partlayışı da müzakirə edib