Putin: Qəribə deyilmi, İŞİD yalnız Amerikanın düşmənlərinə hücum edir?!

Rusiya prezidenti Vladimir Putin İŞİD terror təşkilatının Rusiyada həyata keçirdiyi hücumdan danışıb. Hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verən Putin, yaralılara lazımi dəstəyin göstəriləcəyini bildirib. Putin, “Biz bilirik ki, bu cinayət İŞİD-in addımıdır və bu vandallıq aktının hansı ölkələr vasitəsi ilə hazırlandığı da bizlər üçün tam aydındır. Nədənsə ABŞ müxtəlif kanallardan istifadə edərək digər ölkələri inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, Moskva terrorunda Kiyevdən əsər-əlamət yoxdur” söyləyib.

Hücumu İŞİD-in törətdiyini, lakin bu əmri verənləri araşdırdıqlarını ifadə edən Putin, "Rusiyaya və xalqına qarşı bu hücumun kimin əli ilə edildiyini bilirik və diqqətimiz təşkilatçılara yönəlib" deyib.

Hücumu həyata keçirənlərin Ukraynadan da təlimat ala biləcəyini təlqin edən Putin, “Terror aktı 2014-cü ildən Kiyev rejiminin əlində Rusiya Federasiyası ilə döyüşənlərin bir sıra təşəbbüsləri ilə bağlı ola bilər. Terror aktı Kiyevin apardığı qorxu kampaniyalarının məntiqlə tamamilə uyğun gəlir. Terrorçuların cinayət törətdikdən sonra niyə Ukraynaya getməyə cəhd etməsi sualına cavab vermək lazımdır.

Maraqlı digər fakt isə İŞİD yalnız ABŞ-ın düşmənlərinə hücum etməsidir. Bu qəribə təsadüfdürmü? Bununla belə biz bu hücumun arxasında kimin dayandığını araşdırırıq” deyib.

Putin, hücumdan sonra nümayiş etdirdikləri həmrəylik nümunəsinə görə Rusiya xalqına da təşəkkür edərək, “Terror aktını planlaşdıranlar cəmiyyətdə çaxnaşma və nifaq salmağı ümid edirdilər, ancaq birlik və müqavimət əzmi ilə qarşılandılar. Rusiya cəmiyyəti terror aktından sonra əsl həmrəylik, harmoniya və qarşılıqlı dəstək nümunəsi göstərdi” bildirib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətində Crocus City Halldakı konsert salonuna İŞİD tərəfindən törədilən terror aktında 139 nəfər həyatını itirib.