Pompeo: Əşrəf Qəni də Zelenski kimi qala bilərdi, amma o təyyarəyə minib ölkəsini tərk etdi

 “Zelenskidən fərqli olaraq, Əşrəf Qəni təyyarəyə minərək təhlükəsiz yerə sığındı.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo Çikaqo Universitetində yeni kitabının təqdimatında deyib.

ABŞ-ın keçmiş dövlət katibi, ölkəsində qalmağa qərar verən Zelenskidən fərqli olaraq Əşrəf Qaninin təyyarəyə minərək təhlükəsiz yerə getdiyini, Əfqanıstanda isə çoxlu sayda insanın əziyyətdə qaldığını bildirib.

“Əşrəf Qəni həmişə Talibanla dialoqun əleyhinə olub. Çünki o, özünü seçilmiş prezident hesab edirdi, halbuki Əşrəf Qani seçkilərdə səsləri oğurlamışdı”, deyə Pompeo əlavə edib.

ABŞ-ın keçmiş xarici işlər naziri Əşrəf Qəninin sülh danışıqlarını boykot etməsini təəssüfləndirici addım kimi qiymətləndirib və bildirib ki, Qəninin qəfil tərk etməsi Əfqanıstanı belə bir günlə üz-üzə qoydu.

Pompeo əlavə etdi: "Dostlarımız artıq bizə əvvəlki kimi etibar etmirlər".

O, eyham vuraraq bildirib ki, Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması Vladimir Putinə Ukraynaya hücum etmək üçün cəsarət verib.