Amnesty International insan haqları təşkilatı UEFA-nı, Azərbaycana insan haqlarının "qorxulu” durumunu idmanla ört-basdır etməyə icazə verməməyə çağırıb.
Təşkilatın Britaniya üzrə direktoru Kate Allen Azərbaycandakı vəziyyət haqqında bunları deyib: "Azərbaycanın futbol bayramı təşkil edərək insan haqlarının dəhşətli vəziyyətini idmanla ört-basdır etməsinə imkan verməməliyik. Azərbaycan insan haqlarına qəddarcasına təzyiqi davam etdirir, jurnalistlər, bloqqerlər, insan haqları fəalları hədəfə alınır. Ədalətsiz məhkəmələr, qarayaxma kampaniyaları adi hala çevrilib. LGBTI icmasının üzvləri həbs olunur, hətta ölkədən qaçanlar belə təqib olunur, qayıtmaları üçün onlara təzyiq göstərilir"
Qurum rəsmisi bildirib ki, adətən, hökumətlər yüksək səviyyəli idman yarışmaları vasitəsilə diqqəti özünün repressiv siyasəti və insan haqları pozuntularından yayındırmağa çalışır: "Azarkeşlər, oyunçular, köməkçi heyət bu ölkədə insan haqlarıyla bağlı məlumatlanmaqla Azərbaycanın öz imicini idmanla yaxşılaşdırması cəhdini önləyə bilərlər".
Nə baş verib: "Mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının yekun matçı keçiriləcək, İngiltərənin Arsenal və Çelsi qrupları üz-üzə gələcək. Bu yarışmanın Bakıya salınmasını insan haqları qrupları kəskin tənqid edirlər".
mikroskopmedia.com
Beynəlxalq təşkilat Azərbaycana görə UEFA-ya çağırış edib
Oxşar xəbərlər