Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın azadlığa buraxılmasına qərar verib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, cümə axşamı Pakistanın Ali Məhkəməsi dramatik həbsi ümummilli zorakılıq etirazlarına səbəb olan ölkənin məşhur keçmiş baş naziri İmran Xanın azadlığa buraxılmasına qərar verib.

Xanın tərəfdarları sərbəst buraxılma qərarını qeyd etmək üçün Ali Məhkəmənin qarşısında rəqs edib.

The ruling directed Khanto appear Friday before the federal high court from where he was "unlawfully" arrested.

O vaxta qədər baş hakim Ata Bandial rəsmilərə Xanı paytaxtdakı polis idarəsinin mehmanxanasında saxlamağı, ona yaxın ailə üzvləri və vəkilləri ilə görüşmək imkanı verilməsinə göstəriş verib.

Bandial, həmçinin Xandan "Pakistan Təhrik-i-Insaf" və ya PTI partiyasının tərəfdarlarına sakitləşmək üçün müraciət ünvanlamasını istəyib.

Cümə axşamı səhər Pakistan polisi və müxalifətdəki siyasətçilər ölkənin ən böyük siyasi müxalifət partiyasının mərkəzi rəhbərliyinin əksəriyyətinin və keçmiş baş nazir İmran Xanın yüzlərlə tərəfdarının ya həbs edildiyini, ya da axtarışda olduğunu təsdiqləyib.

Repressiyalar Xanın dramatik şəkildə həbs edilməsinə qarşı "Pakistan Təhrik-i-Insaf" (PTI) partiyasının başçılığı ilə çərşənbə axşamı paytaxt İslamabaddakı məhkəmə qarşısında keçirilən kütləvi etirazlara cavabdır.

Çevik polis qüvvələri ilə etirazçılar arasında toqquşmalar zamanı azı 8 nəfər ölüb, çox sayda insan yaralanıb. Polis həbslərin cinayətə təhdid, iğtişaş və dövlət əmlakına basqı ittihamları ilə edildiyini bildirib.

Human Rights Watch təşkilatı cümə axşamı bildirib ki, Pakistan polisi etirazçılara "atəş açıb və həddən artıq güc tətbiq edib".

Baş nazir Şehbaz Şərifin koalisiya hökuməti bir gecədə İslamabad və Pakistanın ən sıx məskunlaşdığı iki - Pəncab vilayəti və Xaybər Paxtunxva da daxil olmaqla, ən çox zərər çəkmiş bölgələrində asayişi bərpa etmək üçün ordunu polisə yardıma çağırıb.

Onlarla yerli xəbər kanalında "Pakistan Təhrik-i-Insaf"ın başçılıq etdiyi etiraz aksiyalarının işıqlandırılması demək olar ki, tamamilə dayandırılıb. Mobil internet xidmətlərinə, Twitter, Facebook və YouTube kimi sosial media platformalarına giriş cümə axşamı da daxil olmaqla, üç gündür ölkə miqyasında məhdudlaşdırılmaqda davam edib.

Human Rights Watch təşkilatının bəyanatında deyilib ki, hökumətin mobil internet xidmətlərini kəsməsi, Twitter, Facebook və digər sosial media platformalarına girişi məhdudlaşdırması həddən artıq genişlənib və bu, insan haqlarının pozulması deməkdir.

Xan nəzarətə terror və korrupsiyadan tutmuş, dövlətə xəyanət və digər cinayət əməllərinə qədər ona qarşı irəli sürülən onlarla ittiham üzrə dinləmələrdə iştirak etməyə hazırlaşarkən alınıb.