Pakistanda növbəti bombalı hücum: Çox sayda ölənlər var

Pakistanın Bəlucistan əyalətində baş verən bombalı hücumda biri siyasətçi də daxil olmaqla 7 nəfər həyatını itirib.

Bəlucistanın Keç bölgəsində yol kənarına yerləşdirilmiş uzaqdan idarə olunan bomba mülki avtomobil keçərkən partladılıb. Bombalı hücumda aralarında Bəlucistan Xalq Partiyasından (BAP) İshaq Yaqub da daxil olmaqla 7 nəfər həyatını itirib. Çoxsaylı yaralıların olma səbəbindən ölənlərin sayının artacağı ehtimal olunur.

Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.