Pakistan İslam Camaatı: Sionist rejimin çəkindirmə qabiliyyəti İranın müdafiə əməliyyatları ilə dağıldı

Pakistan İslam Camaatı Partiyasının sədr müavini İran İslam Respublikasının İsrail rejimə qarşı hərbi cavabını Tehranın qanuni haqqı hesab edərək deyib: “Tehranın müdafiə əməliyyatları ilə İsrailin çəkindirici gücü dağıldı.”

İslam Camaatı Partiyasının ictimaiyyətlə əlaqələr bölməsindən Ləyaqət Bəluç Lahorda KİV-ə müsahibəsində İranın “Doğru Vəd” əməliyyatına münasibət bildirərək deyib: “İran İslam Respublikasının raket və pilostuz təyyarə əməliyyatı əslində İsrailin təcavüzünə cavab idi və İranın qanuni haqqı hesab olunur.”

O, əlavə edib: “İndi əməliyyatın nəticələrini və ya müvəffəqiyyət dərəcəsini müzakirə etmək vaxtı deyil, əsas məsələ İranın cəza tədbirinin ən mühüm mərhələsi Əl-Əqsa Tufanı əməliyyatının başlamasından bu yana ikinci dəfə olaraq işğalçı İsrail rejiminin çəkindirmə gücünün dağılmasıdır.”

İslam dünyasının güclü birliyini və Qüdsü müdafiə etmək üçün cəsarətli addımlar atılmalı olduğunu vurğulayan Ləyaqət Bəluç deyib: “Belə görünür ki, Amerika və İngiltərə artıq Netanyahunun axmaqlıqlarını və onun dəli hərəkətlərini dəstəkləmək iqtidarında deyil.”

Sədr müavini deyib: “Dünyanın ictimai rəyi sionist rejimin Qəzzə əhalisinə qarşı təcavüzkar hərəkətlərinə şiddətlə nifrət edir, dünya və region xalqlarının Amerika və İngiltərəyə qarşı da bu ikrah və nifrətləri güclənib.”