Pakistan Hindistanı dialoqa çağırdı

Pakistan Baş naziri Şahbaz Şərif hindistanlı həmkarı Narendra Modini fikir ayrılıqlarının yoluna qoyulması, o cümlədən də Kəşmir məsələsi üzrə problemlərin həlli məqsədilə “ciddi və səmimi dialoqa” səsləyib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Şərif Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İslamabadla Nyu-Dehli arasında dialoqun qurulmasında əhəmiyyətli rol oynaya biləcəyini də istisna etməyib.

Bununla yanaşı Pakistan Baş naziri mübahisəli Cammu və Kəşmir regionundakı vəziyyətə də diqqət çəkib.

Bu regionda ən kodub şəkildə insan haqları pozulur, azlıqların təqibi baş verməkdədir. Hindistan dünyaya danışıqlara hazır olduğunu göstərmək üçün bunu dayandırmalıdır“, – deyə o qeyd edib.

Həmçinin Şərif iki ölkənin birgə yaşama zərurəti barədə də danışıb.

Hindistan və Pakistan qonşulardır. (Məsələləri) biz həll etməli, biz sülh içində yaşamalı və tərəqqiyə nail olmalı və ya mübahisə etməli və böhranlara zaman və resurs sərf etməliyik“, – deyə o vurğulayıb.

Pakistan Baş naziri xatırladıb ki, Hindistan və Pakistan 3 dəfə müharibə şəraitində olub və bu da, öz növbəsində, ölkələrə yoxsulluq və işsizlik gətirib.

Biz bundan dərs çıxartdıq və cari fikir ayrılıqlarını həll etmək imkanı olduğu müddətcə sülh içərisində yaşamaq istəyirik“, – deyə Şərif əlavə edib.