Ənsarullahın hücum etdiyi gəmilərin sayı 86-ya çatıb

Yəmən Ənsarullah Hərəkatı noyabr ayından bu yana Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərəyə məxsus 86 gəmini hədəf aldığını açıqlayıb.

Əl-Məsirah telekanalı Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husinin çıxışını yayımlayıb.

Əbdülməlik Husi çıxışında hərəkata bağlı Yəmən Hərbi Dəniz Qüvvələrinin bu həftə 9 gəmini hədəf aldığını, beləliklə noyabrdan Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və İngiltərə ilə əlaqəli gəmilərin sayını artıraraq 86-ya çatdığına diqqət çəkib.

Ənsarullahın bu həftə “düşmən” hədəflərinə qarşı 37 ballistik raket və pilotsuz uçuş aparatı ilə 10 əməliyyat həyata keçirdiyini bildirən Husi, əməliyyatların İsrailin Eylat şəhərinə qarşı həyata keçirildiyini bildirib.

Husi, İsrailin Qırmızı dənizdə naviqasiyasının əhəmiyyətli dərəcədə azaldığına işarə edərək, İsrailin Qəzza zolağına hücumlarının dayanmayacağı təqdirdə əməliyyatlarının davam edəcəyini vurğulayıb. O, bildirib ki, ABŞ və Böyük Britaniya son bir həftədə Yəmənə dəniz və hava daxil olmaqla 13 hücum həyata keçirib.

Hücumların əvvəlkilər kimi uğursuzluqla nəticələndiyini xarakterizə edən Husi əlavə edib ki, bu hücumlar Ənsarullaha bağlı Yəmən silahlı qüvvələrinin imkanlarını məhdudlaşdıra bilməz və Yəmənin Fələstin xalqını dəstəkləmək qərarına təsir edə bilməz.