Ənsarullahdan Ərəb dünyasına çağırış

Ərəb dünyasının İsrailin Qəzza hücumlarına konkret və təsirli cavab verməməsini tənqid edən Yəmən Ənsarullah Hərəkatı ABŞ və Avropaya neft ixracının yarıbayarı azaldılmasını istəyib.

Yəmən Ənsarullah Hərəkatı Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib: “Ərəblərin əllərində (Qəzza müharibəsini dayandırmaq üçün) çoxlu kart var. "Onlardan istifadə etmək istəsəydilər, edərdilər və bunun böyük nəticələri olardı" deyib.

Ərəb və İslam ölkələrinin rejimlərini ABŞ və Avropaya neft törəmələrinin ixracını 50 faiz azaltmağa çağıran Husi, bu addımın İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarının dayandırılmasına təsir göstərəcəyini bildirib.

Husi Yəməndə davam edən münaqişəyə son qoymaq üçün Səudiyyə Ərəbistanı ilə siyasi prinsiplər və humanitar məsələlərdə ümumi çərçivədə razılaşdıqlarını bildirib.