Yəmən Ənsarullah Hərəkatı Qırmızı dənizdəki işğal altındakı Fələstin limanlarına gedən İngilis ticarət gəmisini hədəf aldıqlarını açıqlayıb.
Ənsarullah bildirib ki, bu hücum ABŞ və Britaniya qüvvələrinin Yəmənin sahilyanı Hudeyda şəhərinə endirdiyi hava hücumlarına cavabdır.
Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Səri X sosial media hesabında məsələ ilə bağlı açıqlama verib. Fələstin xalqı ilə həmrəylik mesajı verən Səri, ABŞ-İngiltərənin Yəməni hədəf almasına cavab olaraq Qırmızı dənizdə bir İngilis ticarət gəmisini “uyğun dəniz raketləri” ilə hədəf aldıqlarını bildirib.
Hədəf aldıqları gəminin işğal olunmuş Fələstin torpaqlarına getdiyini qeyd edən Səri, Qırmızı dəniz və Oman dənizində İsrail gəmilərinə və ya İsrailə gedən gəmilərə qarşı hücumların Qəzzaya qarşı blokada qaldırılana və sionist İsrailin hücumlarına qədər davam edəcəyini bildirib.
Ənsarullah Britaniya ticarət gəmisini hədəf alıb