Novruz bayramı ərəfəsində əfv sərəncamının olacağı gözlənilir

Silsiləvi əfv sərəncamının bu il də gerçəkləşməsi və bunun Novruz bayramı ərəfəsində olacağı ehtimalı var. Məlumata görə yaxın günlərdə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilməyə başlayacaq. Qeyri rəsmi məlumatlara əsasən bu ilin əfv sərəncamı böyük sayda məhbusları əhatə edəcək ki, bunların sırasında siyasi məhbuslar çoxluq təşkil edəcək. Məlumat bunu əsasən Heydər Əliyevin 100 illik doğum tarixi ili ilə əlaqələndirir.