Norveç: Netanyahunu həbs edəcəyik!

Norveç Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarı çıxaracağı təqdirdə İsrailin baş naziri Benyamin Netanyahunu həbs edəcəyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Barth Eide, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onun barəsində həbs qərarı çıxaracağı təqdirdə, Norveçin İsrailin baş naziri Benyamin Netanyahunu həbs edəcəyini açıqlayıb.

Norveç, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onun barəsində həbs qərarı çıxaracağı təqdirdə İsrailin baş naziri Benyamin Netanyahunu həbs edəcəyini elan edən ilk Avropa ölkəsi oldu. Norveç xarici işlər naziri Espen Barth Eide açıqlamasında bildirib:

"Netanyahu və ya təqsirləndirilən HƏMAS liderlərindən hər hansı biri Norveçə gələrsə, biz beynəlxalq hüquqa görə bunu etməyə borcluyuq. Eyni şey Avropanın bütün ölkələrinə aiddir".

Digər tərəfdən, Cənubi Afrika, Fransa, Belçika və Sloveniya Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Əhməd Xanın Netanyahu və İsrailin müdafiə naziri Yoav Gallantın həbsinə order verilməsi tələbini dəstəkləyib.