Bu gün vəkil Osman Kazımov 1 saylı Bakı Təcridxanasında Müsavat Partiyasının fəalı Azad Həsənov ilə görüşüb. O, böyük miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunur. Bu barədə Turan-a O.Kazımov bildirib.
A.Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdədir. Ağır xəstə olan atasına baş çəkmək üçün oktyabrın 10-da Bakıya gəlib. Lakin elə həmin gün saxlanılıb.
Oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 234.4.3-cü maddəsi (böyük miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb.
Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.
Vəkilin sözlərinə görə, A.Həsənovun səhhəti normaldır, hər hansı işgəncəyə məruz qalmayıb. Yalnız saxlayıb maşına oturdarkən fiziki güc tətbiq ediblər.
Eyni zamanda Bakı Baş Polis İdarəsində ifadə verməkdən imtina edərkən ona hədə-qorxu gəıiblər.
A.Həsənov vəkilə bildirib ki, narkotik maddəni onun cibinə qoyublar.
"O, siqaret də çəkmir. Azad Həsənov narkotik maddədən uzaq adamdır. Məhkəmədə deyib ki, narkotik maddəni onun cibinə qoyublar. Azad Həsənov dövlətin təyin etdiyi vəkildən imtina edir. Lakin məhkəmə onun dediklərinə məhəl qoymayıb", - vəkil bildirib.
Onun sözlərinə görə, polisdə A.Həsənova deyiblər ki, Facebook-dakı yazılarına görə həbs olunub.
Lakin A.Həsənov bildirib ki, Facebook-da heç kimi təhqir etməyib, etik normalar çərçivəsində davranıb.
Vəkil A.Həsənovun həbsilə bağlı apellyasiya şikayəti verib.
Azad Həsənov ittihamları rədd edir
Oxşar xəbərlər