İran prezidenti Həsən Ruhani Xəzərlə bağlı konvensiyanın ölkəsi üçün həyati əhəmiyyətindən danışıb.
“Fars” agentliyinə istinadən xəbər verilir ki, Ruhani bu razılaşma ilə ABŞ və NATO-nun planlarının puç olduğunu söyləyib.
“ABŞ və NATO-nun planları Xəzər sahilinə öz hərbçilərini gətirmək, hərbi gəmi və helikopterləri yerləşdirmək idi. Ancaq, Konvensiya Xəzərdə xarici bazaların və hərbi gəmilərin yerləşdirilməsini qadağan edir. Razılığa görə Xəzərdə yalnız Xəzəryanı ölkələrin bayraqları altında gəmi üzə bilər” – Ruhani bildirib.
O həmçinin bu müqavilə ilə İran və bir sıra ölkələri narahat edən Xəzərin təhlükəsizliyi məsələsində razılıq əldə olunduğunu qeyd edib.
Xatırladaq ki, avqustun 12-də Aktauda xəzəryanı ölkələrin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) rəhbərlərinin görüşü keçirilib. Sammitdə Xəzərin sərhədlərinin müəyyən olunması ilə bağlı yol xəritəsi razılaşdırılıb.
Qeyd edək ki, bu ilin payızında xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinlərinin Bakıda sərhədlərin müzakirəsi üçün görüşəcəyi planlaşdırılır.
Ruhani Xəzərlə bağlı müqavilənin İrana xeyrindən danışdı

Oxşar xəbərlər