İraq baş naziri Haidar al-Abadi-nin İrana səfəri təxirə salınıb.
Səbəb onun Tehrana qarşı ABŞ sanksiyalarına əməl etməkdən başqa seçimi olmadığını deməsidir. Abadi sanksiyaların tətbiqiylə razılaşmadığını da dilə gətirmişdi.
Avqustun 12-nə planlaşdırılan səfərin ertələnməsinin səbəbi kimi sanksiyalarla bağlı mübahisə göstərilməyib. Abadi-nin idarəsi bildirib ki, baş nazir avqustun 14-də Türkiyəyə gedəcək, amma İrana səfər "qrafikin dolu olması səbəbindən” ertələnib.
İran hökumətinin adının çəkilməsini istəməyən rəsmisi "Associated Press” agentliyinə deyib ki, Abadi-nin səfərini Tehran təxirə salıb.
İran hökumətinin sözçüsü Saad al-Hadithi şərh verməkdən imtina edib.
1988-ci ildə səkkiz illik müharibəyə son vermiş İranla İraq 2003-cü ildə İraq lideri Saddam Hussein devriləndən münasibətləri düzəltməyə başlayıb.
Şiələrin rəhbərlik etdiyi İran İraqın siyasi işlərində böyük rol oynayır, bu ölkədəki şiə qruplaşmalarına sponsorluq edir.
İraq baş nazirinin İrana səfəri təxirə salınıb
Oxşar xəbərlər