Gəmilər Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək
İran Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək.
Sputnik Azərbaycan "MehrNews"a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hosseyn Xanzadi bildirib.
"Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir" — Xanzadi deyib.
Qeyd edək ki, iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək "Dəniz Kuboku-2018" müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.
İran iki hərbi gəmisini Azərbaycana göndərir

Oxşar xəbərlər