Bakıda qolu sarğılı küçə süpürən qadın danışıb.
77 yaşlı Nelya Alaverdova Oxu.Az-a açıqlamasında bildirib ki, uzun müddətdir ki, süpürgəçi işləyir:
“Əslən iranlıyıq, amma mən Bakıda anadan olmuşam. Atam Bakıda yüksək vəzifədə çalışıb və ermənilər tərəfindən öldürülüb. Cavan vaxtlarımda laborant işləmişəm. Daha sonra Nizami küçəsində yerləşən köhnə ayaqqabı fabrikində işə düzəldim. Fabrikin həyətində kiçik bir yerdə yatırdım.
Ora bağlandıqdan sonra işsiz qaldım. Küçədə yaşamağa başladım. Bir gün səhər hava soyuq olan zaman Dörd saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mehman müəllim məni parkda donmuş halda gördü.
Niyə küçədə yatdığımı soruşdu. Kimsəsiz və evim olmadığını dedim. O, məni işə düzəltdi və mənə inventarların yığıldığı yerdə kiçik yer ayırdılar. 10 ilə yaxındır ki, Nizami küçəsini süpürürəm və burada yaşayıram”.
Həmsöhbətimiz küçədə yaşamağının səbəbindən də danışıb:
“Bakıxanov qəsəbəsində evim var idi. İşləyirdim və tək-tənha yaşayırdım. Qaçqınlar o zaman Bakıya gələn vaxt məni aldatdılar və evimə girdilər. Kimsəsiz olduğum üçün saxta sənədlərlə evi öz adlarına keçirdilər.
Dəfələrlə məhkəməyə müraciət etsəm də, bir faydası olmadı. Nəticədə evim əlimdən getdi və küçələrdə qaldım. Həmin vaxt fabrikdə işləyirdim və onun həyətində də yaşayırdım. Ailə həyatı qurmamışam. Bəlkə də, bir övladım olsaydı, mənə baxardı”.
Nelya Alaverdova deyir ki, o, işləməkdən heç vaxt yorulmur:
“Burada pişiklərim var. Hər gün onlara qulluq edirəm və bəslədikdən sonra yedikləri yeri süpürürəm. Şəklim çəkilən gün iş başında deyildim. Çünki ərazi təmizləməyə çıxan zaman əynimizdə qurumun gödəkçəsi olmalıdır.
Formasız olanda polis bizə ərazini təmizləməyə icazə vermir. Həmin vaxt pişiklərimə yem vermişdim və onların yem yedikləri yeri süpürürdüm. Xəbərim belə olmayıb.
Şəklimi çəkən şəxs mənə yaxınlaşaraq heç nə deməyib. Heç vaxt işləməkdən yorulmuram. Cavanlıqdan işləmişəm. Bu gün də işləyirəm və bu, mənə zövq verir”.
Qeyd edək ki, 77 yaşlı Nelya Alaverdovanın əli sarğılı halda küçə süpürdüyünün əks olunduğu şəkillər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qolu sarğılı süpürgəçi: Bəlkə bir övladım olsaydı, mənə baxardı - Foto

Oxşar xəbərlər