Zülm etmək insanı böyük etməz…

Dostlar, başımız Gəncə olaylarına qarışıb. Böyük-böyük təhlillər edib olanların təqsirkarını arayırıq.
Ortada bir günahkar var. O da illərdir vətəndaşın qəzəbini daşa çəkən hakimiyyətdi və bu ölkədə olan hər şeydən tək sorumlu da onlardır.
YAP iqtidarı…
Bu qədər net və sadə…
İndi də şikəst etdiyi, cavan yaşında bütün həyatını, sağlamlığını məhv etdiyi xəstə bir adama savaş açıb. Söhbət Əbülfəz Bünyatovdan gedir.
Onun bütün bədəni hərəkətsizdir. Bir əllərini tərpədə bilir. Təbii ehtiyaclarını belə kiminsə köməyi olmadan ödəyə bilməz. Bədəni büsbütün yataq yaralarıdır və belə bir adamı Qobustan həbsxanaına göndəriblər.
Bu insanı öldürməkdi. O qapalı, isti və heç bir tibbi yardım, baxım üçün kimsənin olmadığı bir yerdə necə yaşayacaq? Onu kim yedirəcək, kim onun hər gün yataq yaralarını sarıyıb təmizləyəcək?
Bu və digər sualların cavabını kim verəcək?
Vicdanlarını çıxarıb kimə təhvil veriblər? Azərbaycanda idarəetmə mexanizmi bəlkə qorxulu nağıllardakı kimi işləyir? Bir qara cadugər gəlir, birinin vəzifə istəyinə qarşılıq olaraq qarşısındakının qəlbini, vicdanını alıb əvəzidə ona kürsü verir!?
Ya da bəlkə elə insan olmaq budur, insanlıq budur, zülmət, qaranlıq?!
***
Əbülfəz Bünyatov cinayətkar deyil, amma illah onu cinayətkar elan edib həbs edəcəksiniz, ev dustağı edin. Necə ki, etmişdiniz. O şikəstdi, hərəkət edə bilmir, kimsəylə əlaqəsi və nəsə etmək imkanı yoxdur. Bu hikkə nəyin nəsi? Bəlkə daha böyük, daha əzəmətli, bütün haqqlara sahib olduğunuzu sübut etmək istəyirsiniz?
Zülmkar olmaq, daha çox zülm etmək insanı böyük etməz, olsa- olsa lənətlik edər.
P.S

Əbülfəz Bünyatov sizin nəzərinizdə cinayətkardı və buna qədər ona ev dustaqlığı vermişdiniz. Evinin qarşısında post vardı. Evə gəlib getməyi məhdudlaşdırmışdınız. Ev telefonunu belə kəsmişdiniz. Bunu da anladıq. Indi “cinayətkarı” apardınız həbsxanaya, yaxşı, bəs inddi niyə postu götürmürsünüz? Niyə ev sakinlərinin belə giriş- çıxışına əngəl yaradırsınız? Ev telefonunun kabellərini bərpa etmək üçün usta çağırılmasına imkan vermirsiniz?
Evdə olan iki qadın və 3 uşaqdamı cinayətkardır?
Bəlkə onları da həbs edib bir dəfəlik Əbülfəz bəyin evini də kürüyü dağıdasınız?
Böyüklük iddianız tətmin edilmiş olar!

Yazı müəllifin Facebook səhifəsindən götürülüb