Vəkillər Kollegiyasının Rəyasət Heyətinin (VK) növbəti iclası keçirilib.
Kollegiyadan Teleqraf.com-a verilən məlumata görə, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilib, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub, vəkil qurumları tərəfindən təqdim olunub, növbətçilik cədvəlləri təsdiq edilib.
Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.
Daha sonra, vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə oluub, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq “vəkil kabinetində” fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunmuş, bununla bağlı qaydaların hazırlanması və təsdiq edilməsi qərara alınıb.
Bundan başqa, üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikləri üçün “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 11 vəkil haqqında Vəkillərin İntizam Komissiyasında intizam icraatının başlanması barədə qərar qəbul edilib.
İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
11 vəkil haqqında intizam icraatı başlandı

Oxşar xəbərlər