Bu ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirilib.
A24.Az xəbər verir ki, rayon mərkəzindən 22 km məsafədə yerləşən kənd 1992-ci ildə erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb və əhalisi Mahmudkəndə köçüb. Magistraldan ayrılıb maşınlarla yeni salınmış yolla Günnütə doğru hərəkət edirik. Yolun sağ və solunda çobanlar öz sürülərini arxayınlıqla düzənliklərə və dağların yamaclarına yayıblar. Ərazilərə yeni gətirilmiş arı yeşikləri də diqqətimizi çəkir. Artıq 26 ildən sonra burada başlanan həyatın nəfəsi duyulur, yaz fəslində çiçəklərin ətri duyulan kimi. Təxminən bir ay əvvəl əsgərlərimizin xidmət etdiyi yüksəkliklərdə qurduğu postları geridə qoyaraq irəliləyirik. Düşmən tapdağından təmizlənmiş Günnütə və əsgərlərimizin mövqe qurduğu yeni postlara çatmağa tələsirik.
Yolboyu texnikalar işləyir, işğaldan azad edilən yüksəkliklərə yollar çəkilir. Düşmənin bir neçə addımlığında həyata keçirilən bu işlər, necə deyərlər, elə düşmən bağrı çatladandır. Bunu həzm edə bilməyən düşmən texnikaya atəş açmaqla susdurmağa, dayandırmağa, işə mane olmağa çalışır. Lakin nə faydası?! Traktor açılan atəşlərdən zədələnsə də, “döyüş tapşırığını” yerinə yetirir və məqsədinə çatmaq üçün irəliyə doğru hərəkət edir, geniş yol açır. Gecə-gündüz aparılan işin nəticəsi olaraq qısa zamanda ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə 50 km-dən artıq yol çəkilib, 60 km-dən artıq yararsız yollar bərpa edilib.
Ərazidəki postlardan birinə “Qurtuluş” adı verilib. Qalib əsgərlərlə birgə Günnütdə bayrağımızı dalğalandırır, qələbə sevincimizi bölüşür və bu anı fotoda əbədiləşdiririk.
Düşmənlə üz-üzə postlardan birində şəhid olan əsgər Adil Tatarovun adı “Tatar postu”na verilib.
Günnutda azad edilən yerlərdən birinə şəhidin adı verildi - Fotolar

Oxşar xəbərlər