Bu gün aprel döyüşçümüzün Şəhadəti günüdür

Bu gün aprel döyüşlərimizin qəhrəmanı kapitan Nəcməddin Savalanovun şəhid olmasından iki il ötür. 2016-cı ilin aprel ayında ordumuzun apardığı əks əməliyyat nəticəsində kapitan Nəcməddin Savalanov düşmənlə döyüşlər zamanı ayağından və çiynindən ağır güllə yarası alıb. O, dərhal Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalına yerləşdirilib. Nəcməddin Savalanov müalicə aldığı klinikada dünyasını dəyişərək şəhid olub. Mayın 9-da şəhid zabitimiz doğulduğu İmişli rayon Göbəktala kəndində böyük izdihamla dəfn edilib. Şəhid Nəcməddin Savalanov ölümündən sonra ölkə başçısı tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. 

Xatırladaq ki, kapitan Nəcməddin Savalanov 1985-ci il fevralın 26-da İmişli rayon Göbəktala kəndində anadan olub. Şəhidimizin iki qız və bir oğlan övladı yadigar qalıb. 
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!