Aprel şəhidimizin doğum günüdür - Foto

Bu gün aprel döyüşlərimizin qəhrəmanı şəhid Şahin Cavadzadənin doğum günüdür. Şəhidimizin 24 yaşı tamam olur. Şahin Cavadzadə 1994-cü il mayın 15-də Beyləqan rayon Bolsulu kəndində anadan olub. 2014-cü ildən Silahlı Qüvvələrimizin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. 
 
Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbçimiz aprelin 10-da doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Ölümündən sonra şəhid Şahin Cavadzadə ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 
moderator.az