Şəhərin meri maaşların artırılması tələbinin yerinə yetirilməyəcəyini deyib
Tbilisidə etiraz aksiyası tətili keçirən metropolitenin 500 işçisindən 140-ı aclıq aksiyasına başlayıblar.
“Report” agentliyinin məlumatına görə, bunu tətilin təşkilatçısı “Ertoba2013” Metro Maşinistlərinin Həmkarlar Təşkilatından bildiriblər.
Etirazçılar əmək haqlarının 45 faiz artırılmasını tələb edirlər. Metropoliten işçiləri tələbləri yerinə yetirliməyənədək işə çıxmayacaqlarını bildiriblər.
Azadlıq radiosunun xəbərinə əsasən, iyunun 5-nə keçən gecə Tbilisinin meri Kaxa Kaladze metropoliteninin əməkdaşları ilə görüşsə də, onları tətilə dayandıraraq işə dönmək üçün yola gətirə bilməyib.
Məhkəmə maşinistlərə “iş vaxtı” tətil etməyi qadağan edib.
Mer isə tətilçilərin tələbini “şantaj” adlandırıb, onların əməkhaqqısını qaldırmaqdan imtina edib.
Onun sözlərinə görə, maşinistlər hazırda həkimlərdən, müəllimlərdən, patrul polisindən daha çox alırlar. Maşinistlərin həmkarlar komitəsi isə yerin altında işləməyin orqanizmə aşırı ziyanını əsas gətirib.
Tbilisidə metropoliteninin işinin dayanması ictimai nəqliyyatı iflic edib. Meriya paytaxt küçələrinə əlavə avtobuslar çıxarmalı olub. Onlarda gediş pulsuz olsa da, sərnişin axınının öhdəsindən gələ bilmirlər.
Paytaxtın meri Kaxa Kaladze nəqliyyatda yaranmış problemlərə görə vətəndaşlardan üzr istəyib.
Tbilisidə metropoliten işçiləri tətil edirlər

Oxşar xəbərlər