Muzdla çalışan işçilərin sayı artıb

İyunda işçilərin sayında artım tendensiyası davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bir ay ərzində onların sayı 800 nəfər artıb.

İyulun 1-nə olan vəziyyətə görə, iqtisadiyyatda 1 milyon 546,2 min nəfər işlə təmin edilib. Bu, 2017-ci ilin eyni dövründəkindən 1,2% çoxdur. Dövlət müəssisələrində və təşkilatlarında 885,7 min, özəl strukturlarda 660,5 min nəfər çalışır.