Bəzi kəndlərlə tamamilə əlaqə kəsilib, insanlar çarəsiz vəziyyətdə qalıblar
Artıq üçüncü gündür ki, aramsız yağan güclü leysan yağışları Oğuz rayonu ərazisindən axan dağ çaylarında suyun səviyyəsinin artmasına səbəb olub. Aramsız yağan yağışlar Qalaçay, Türyançay, Daşağılçay, Xalxalçay və Oğuzçayda suyun səviyyəsini bir neçə dəfə artırıb. Nəticədə Türyançay və Qalaçay məcrasını dəyişərək fərdi təsərrüfatlarına, əkin-biçin sahələrinə xeyli zərər vurub.
Sputnik Azərbaycan-a danışan yerli sakinlərin sözlərinə görə, son 10-15 ildə çaylarda suyun səviyyəsi bu həddə çatmayıb. Xüsusən ötən axşamkı leysan yağışlarından sonra Qalaçay və Türyançayda daşqınların əmələ gəlməsi və sel basma təhlükəsi artıb.
Belə ki, Türyançayın daşması nəticəsində rayonun Mollalı, Qalaçayın daşması nəticəsində isə Xaçmaz və Xaçmazqışlaq kəndlərində bir sıra fəsadlar əmələ gəlib. Qalaçayın Xaçmazqışlaq kəndinin daxilindən keçən qolunun üzərindəki körpünü də sel-suları dağıdıb. Həmçinin sakinlərin fərdi təsərrüfatlarına xeyli ziyan dəyib.
Selin ən çox ziyan vurduğu kəndlərdən biri də Oğuzun Şirvanlı kəndi olub. Axşam saatlarında yağan yağışın nəticəsində Qala çayı məcrasını dəyişərək kəndə yönəlib. Fəsadlar qaçılmaz olub, həyatyanı sahələr su altında qalıb. Sakinlərə məxsus toyuq-cücə tələf olub, əkin sahələri yarasız vəziyyətə düşüb.
Oğuz Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi isə daşqının yaranmasında sakinləri günahlandırır. Qurumun rəhbəri Nizami Əhmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, kənd təsərrüfatı bitkilərinin suvarılması üçün Yuxarı Qala çayından kəndə kanal çəkilib.
"Sakinlərin hava şəraitini nəzərə almadan kanala su buraxmaları güclü yağışlar zamanı selin yaranmasına səbəb olub", — deyən qurum rəhbəri əraziyə nəzarətin gücləndiriləcəyini də əlavə edib.
Rayon sakinləri isə N.Əhmədovun dedikləri ilə razılaşmırlar. Bildirirlər ki, aidiyyatı qurumlar tərəfindən mütəmadi olaraq çay məcraları, kanallar təmizlənsəydi, insanlara bu dərəcədə ziyan dəyməzdi. Sakinlərin sözlərinə görə, bununla bağlı səlahiyyətli qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, əraziyə heç kəs əraziyə gəlməyib və əhalinin problemi ilə maraqlanmayıb. Gəldikdə isə sakinlərə boş vədlər verərək ərazini tərk ediblər.
Oğuzdakı vəziyyətin, demək olar ki, eynisi İsmayıllı rayonunda da yaşanıb. Leysan, qasırğa İsmayıllıda və kəndlərində ciddi fəsadlar doğurub. Qasırğanın vurduğu ziyan nəticəsində bir neçə ailə gecəni maşınlarda və ya qohum evlərində gecələməli olub.
İsmayıllı rayonunda güclü küləklə müşahidə edilən yağış nəticəsində magistral yolların kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkəti çətinləşib. Xüsusən də rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Ev və tövlələrin dam örtüyü uçub, kənd təsərrüfatına ciddi ziyan dəyib.
Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır. Ailələr müvəqqəti yaşamaq üçün həmin çadırlara köçürüləcək. Fövqəladə Hallar Komissiyası tərəfindən kənddə dağılmış evlərə baxış keçirilir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb.
Leysan yağışların fəsadları Qəbələ rayonundan da yan keçməyib. Belə ki, güclü yağan leysan yağışlar nəticəsində rayonun Bum, Qəmərvan, Tikanli, Abrıx və Solqıca kimi 9 kəndi ilə tamamilə əlaqə kəsilib. İnsanların bir hissəsi çayın digər tərəfində çarəsiz halda qalıblar. Hazırda ərazidə ancaq ağır texnika ilə hərəkət etmək mümkündür.
Rayonda, həmçinin 30-dan çox bağ və şəxsi təsərrüfat suyun altında qalıb, fındıq bağları yararsız hala düşüb.
Kənd sakinləri problemin səbəbini Qəbələ Suvarma Sistemləri İdarəsində görür. Spuntik Azərbaycan-a danışan sakinlər bildiriblər ki, əgər vaxtında çay məcrası təmizlənib, bənd vurulsaydı, heç kimin təsərrüfatına ziyan dəyməzdi.
Leysan üç rayonumuzu yuyub aparır, bölgədə təbii fəlakət yaşanır

Oxşar xəbərlər