Təbii fəlakət Xankəndində dağıntılara səbəb oldu- Foto

Dünən Azərbaycanın işğal altındakı Xankəndi şəhərində dolu  ilə müşayiət olunan tufan olub. 
 
Moderator.az -ın yazdığına görə,  “KarabakhTV” Rusiya mediasına istinadla xəbər verir ki,  güclü külək evlərin damını atıb, ağacları kökündən aşırıb. Avtomobillər dolu ilə yanaşı uçan damlardan və aşan ağaclardan da zərər çəkib. Dolu işğal altındakı Laçın və Qubadlı bölgələrinə də yağıb. Kənd təsərrüfatı sahələrinə, meyvə-tərəvəz və taxıla ciddi zərər dəyib. Separatçı rejim rəhbərliyi təbii fəlakətlə bağlı təcili müşavirə keçirib.