Misir Mərdanovun kürəkəni işdən çıxarıldı

Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov vəzifəsindən azad edilib.
 
AzVision.az-a istinadən xəbər verilir ki, gömrük orqanlarından xaric edilən Məmmədovun yerinə Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov təyinat alıb.
 
Qeyd edək ki, Azər Məmmədov keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.