Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürəkənini xəzinədarlıq və maliyyə naziri vəzifəsinə təyin edib. "Reuters” agentliyi xəbər verir ki, bundan sonra lirə bir az da ucuzlaşıb, mərkəzi bankın müstəqilliyi sarıdan narahatlıq artıb.
Dünən – iyulun 9-da Ərdoğan Ankarada prezident andı içib. O, daha sonra hökumət üzvlərinin siyahısını açıqlayıb. Kürəkəni Berat Albayrak Xəzinədarlıq və Maliyyə Nazirliyinin başına gətirilib.
Ərdoğan imzaladığı bir fərmanla isə mərkəzi bank rəhbərlərinin təyinat yolunu dəyişdirib. Rəsmi qəzetdə dərc olunmuş, qanun qüvvəsi daşıyan fərmanda mərkəzi bank rəhbərlərinin hökumət tərəfindən beş illiyə təyin olunmasını nəzərdə tutan maddə ləğv edilib.
Ancaq "Bloomberg”in yazmasına görə, sənəddə gələcək təyinatları kimin edəcəyi, mərkəzi bank rəhbərlərinin hansı müddəti təyin olunacağı göstərilmir.
Sənədə görə, bank rəhbəri öz müavinlərinin seçilməsində söz sahibi olmayacaq. Müavinlər Pul Siyasəti Komitəsinin üzvləridirlər və faiz dərəcələrini təyin edirlər.
Ərdoğanın baş köməkçisi Cemil Ertem Twitter-də yazıb ki, mərkəzi bank rəhbərlərini prezident təyin edəcək. Bu seçim prosesində başqa kim iştirak edəcək, bəlli deyil.
Prezidentin fərmanından sonra lirə 0,2 faiz ucuzlaşıb və dünən axşam İstanbulda bir dollar 4,4822 lirəyə bərabərləşib.
Ərdoğan kürəkənini nazir qoydu
Oxşar xəbərlər