Sentyabrın 8-də Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il Nardaran hadisələri ilə bağlı qərar açıqlayıb. İddiaçılar Müsəlman Birliyi Hərəkatının tərəfdarları Şamil Abdüləliyev və Aqil İsmayılovdur. Onlar qətl, terror aktları hazırlama, kütləvi iğtişaşlara təhrik etmə, qanunsuz silah əldə etmə və s. ittihamlarla həbs cəzası çəkib, 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıblar.
İş Nardaran qəsəbəsində yerləşən evlərdən birində keçirilən polis əməliyyatı ilə bağlıdır. Ərizəçilər həmin evdə dini toplantıya qatıldıqlarını, polisin oradakılara fərq qoymadan atəş açdığını bildiriblər. Polis bu versiyanı təkzib edib, "Müsəlman Birliyi" üzvlərinin onlara odlu silah, qumbara və bıçaqlarla hücum çəkdiyini bildirib. Hadisə zamanı altı nəfər öldürülüb, ərizəçilər daxil, çox sayda insan yaralanıb.
Avropa Məhkəməsi bu iş üzrə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) maddəsinin pozulduğunu, ərizəçilər həbs olunarkən həddindən artıq güc tətbiq edildiyini tanıyıb. Məhkəmə mənəvi zərərə görə hər bir ərizəçiyə 10 min avro, xərc və məsrəflərə görə isə 1 min 500 avro kompensasiya ödənməsi barədə qərar çıxarıb.
Ş.Abdüləliyev hazırda narkotik ittihamı ilə həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 3 il həbs cəzası kəsib, sonradan Bakı Apellyasiya Məhkəməsi 6 ilə qaldırıb. O, məhkəməsində özünü təqsirli bilməyib.
Avropa Məhkəməsi “Nardaran hadisələri” ilə bağlı daha bir məhkəmə işini yekunlaşdırdı