Kətaib Seyyiduş - Şuhədanın Baş Katibi silahsızlanma prosesi ilə bağlı bəyanat yayıb

Əl Mayadeen-ə əsaslanan xəbərə görə, İraqdakı Kətaib Seyyiduş-Şuhədanın Baş Katibi Əbu Əla əl-Vəlayi silahların tənzimlənməsi prosesinin "tam və hərtərəfli suverenliyə" nail olmaqla birlikdə həyata keçirilməli olduğunu bildirib.

Əl-Vəlayinin sözlərinə görə, bu iki məsələ yan-yana həll edilməlidir və bundan başqa hər hansı bir təklif qəbuledilməzdir.

İraq komandanı X (əvvəllər Twitter) hesabındakı paylaşımda deyib:

"Tam və hərtərəfli suverenlik müqabilində silahların tənzimlənməsi bölünməz və ayrılmaz bir tənlikdir. Bunun xaricindəki hər şey rədd edilir."

İraq rəsmisinin bu açıqlamaları silahlar üzərində dövlət nəzarəti və silahlı qrupların statusunun tənzimlənməsi məsələsinin İraqda gündəmdə olan ən vacib məsələlərdən biri olaraq qaldığı bir vaxta təsadüf edir.

İraq hakimiyyət orqanlarının məlumatına görə, silahlar üzərində dövlət nəzarəti prosesinə beynəlxalq koalisiya qüvvələrinin İraqdan tamamilə çıxarılmasından sonra başlamaq planlaşdırılır.