İran hökuməti ayda 110 litrdən çox benzin istifadə edənlər üçün yanacağın qiymətini artırır.
Yeni tarif sentyabrın 8-dən qüvvəyə minəcək.
Reuters-in məlumatına görə, İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib ki, ilk iki güzəştli tarif üzrə ümumilikdə 110 litr benzinin qiyməti dəyişməyəcək.
Avtomobil sahibləri ayda ilk 60 litr benzini litri təxminən 1 qəpik, əlavə 50 litri isə litri təxminən 2 qəpiyə ala biləcəklər.
Aylıq 110 litrlik hədd keçildikdən sonra benzinin bir litrinin qiyməti təxminən 7 qəpik olacaq. Reuters bu məbləğin sərbəst bazar məzənnəsi ilə təxminən 4 ABŞ sentinə bərabər olduğunu bildirir.
Mohaceraninin sözlərinə görə, qiymət artımı yalnız ayda 110 litrdən artıq benzin istifadə edən istehlakçılara təsir göstərəcək və qərar “mövcud şərait” nəzərə alınaraq qəbul edilib.
Reuters qeyd edir ki, İran dünyada benzinin ən ucuz olduğu ölkələrdən biridir. Hökumət daha əvvəl yanacağın qiymətinin artırılmasını müzakirə etsə də, bunun yeni etirazlara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda qərar təxirə salınmışdı. 2019-cu ildə benzinin bahalaşdırılması İranda geniş etirazlara səbəb olmuşdu.
Qərar İranın müharibənin yaratdığı problemlər və ABŞ-nin ağır iqtisadi sanksiyalarının təsirləri ilə mübarizə apardığı bir dövrdə verilib.
İranda aylıq benzin limiti keçilərsə qiymətlər 1 qəpikdən 2 qəpiyə yüksələcək