Aİ Ermənistan üçün müvəqqəti ticarət güzəştlərini razılaşdırıb

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın Ermənistandan ixraca tətbiq etdiyi məhdudiyyətlərdən sonra ölkə iqtisadiyyatını dəstəkləmək məqsədilə Ermənistanla ticarətin liberallaşdırılması üzrə müvəqqəti tədbirləri razılaşdırıb.

Aİ Şurasının verdiyi məlumata görə, güzəştlər Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80 %-ni əhatə edəcək.

Razılaşdırılmış tədbirlər geniş çeşiddə mallar, o cümlədən tarif kvotaları çərçivəsində bəzi kənd təsərrüfatı məhsulları üçün idxal rüsumlarının müvəqqəti ləğvini nəzərdə tutur. Güzəştli rejim müvafiq reqlament qüvvəyə mindikdən sonra iki il müddətində qüvvədə olacaq.

Aİ-nin məlumatına görə, tətbiq ediləcək tədbirlər Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkiləri (təxminən 99 %), eləcə də içki və alkoqollu məhsulları (91 %-dən çox) əhatə edəcək. Brüssel bununla ölkə ixracatçılarına ticarət məhdudiyyətləri və tranzit marşrutlarının pozulmasından dəyən ziyanı kompensasiya etməyə kömək etməyi nəzərdə tutur.

"Avropa islahatlar və Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq yolunu seçmiş Ermənistanın və onun xalqının yanındadır", - İrlandiyanın xarici işlər və ticarət naziri Helen Makenti bildirib.

Avropa Parlamentinin sənədi sentyabr plenar sessiyasında təsdiqləyəcəyi gözlənilir.