Hörmüz boğazında çirklənmənin vurduğu ziyan trilyonlarla dollardır

Hörmüz boğazında neft dağılmalarından dəyən ümumi ziyan trilyonlarla dollarla qiymətləndirilir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, İranın Qeşm adası sahillərində son zamanlar baş verən neft çirklənməsini qeyd edərək bildirib ki, sahilin üç hissəsində və dəniz səthinin bir hissəsində neft məhsullarının izləri aşkar edilib.

"Hörmüz boğazından kommersiya gəmiçiliyindən faydalanan hər bir tərəfin dəymiş ətraf mühitə dəyən ziyanı ödəmək üçün hüquqi və mənəvi öhdəliyi var", - İran XİN rəsmisi ifadə edib.

İran həmçinin Fars körfəzinin çirklənməsini ABŞ və İsrailin hərəkətləri ilə əlaqələndirib.