İsrail İordan çayının qərb sahilində fələstinli qaçqınlar düşərgəsinin işğal edilməsini tələb edib

İsrail rejiminin müharibə naziri İordan çayının qərb sahilində fələstinli qaçqınlar düşərgəsinin işğal edilməsini tələb edib.

İsrail rejiminin müharibə naziri İordan çayının qərb sahilində hərbi əməliyyatların genişləndirilməsini vurğulayaraq, təxribatçı addım atıb və bu bölgədə daha bir fələstinli qaçqınlar düşərgəsinin işğalı üçün hazırlıqların görülməsi barədə rejimin ordusuna göstəriş verib.

Rejiminin 13-cü televiziya kanalı xəbər verib ki, rejimin müharibə naziri İsrail Katz İsrail ordusuna İordan çayının qərb sahilində daha bir fələstinli qaçqınlar düşərgəsinin işğalı üçün hazırlıqların görülməsi barədə göstəriş verib. Bu addım rejimin hərbi əməliyyatlarının genişləndirilməsi çərçivəsində həyata keçirilir.

Məlumata əsasən, bu göstəriş İsrail ordusunun Cenin, Tulkərəm və Nur Şəms düşərgələrində apardığı hərbi əməliyyatların davamı olaraq verilib.