İsrailin keçmiş baş naziri Naftali Bennet etiraf edib ki, İsrail “Starlink” internet qurğularını İrandakı antihökumət etirazçılarına dəstək vermək üçün qaçaq yolla bu ölkəyə keçirib.
Bennet bu sözlərini Yerusəlim şəhərində keçirilən Beynəlxalq Siyasət Quruculuğu Sammitindəki iştirakçılar qarşısında söyləyib. O, İrana on minlərlə “Starlink” qurğusu göndərildiyini, onların internetin davamlılığına kömək edə biləcəyini deyib.
“Starlink” Elon Maskın “Space X” şirkətinə məxsusdur və peyk interneti təminatı həyata keçirir. İran bundan öncə İsrail və ABŞ-ni bu qurğuları qaçaqmalçılıqla ölkəyə keçirməkdə və onun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edib. “Starlink” İranda fəaliyyət üçün lisenziya almasa da Mask İran üçün internet xidmətinin aktiv olduğunu bildirib.
Bennet həmçinin deyib ki, bu qurğular etirazçıların arasında koordinasiyanın təşkilinə və yekunda hökumətin devrilməsinə kömək üçün nəzərdə tutulub:
“Təəssüf ki, hazırkı qabiliyyətsiz İsrail hökuməti bunun baş verməsinə imkan vermədi. Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi”.
O həmçinin İsrail və Yaxın Şərq ölkələrinin birgə İrandakı rejimi devirməli olduğunu deyib. Bennet İranın SSRİ kimi dağılacağını bildirib.
Netanyahunun ofisi Bennetin açıqlamalarına reaksiya verməyib. “Space X” də hələlik iddiaları şərh etməyib.
İsrail İranda çevrilişə dəstək vermək üçün qaçaq yolla bu ölkəyə Starlink” internet qurğularını keçirib