İsveç hökuməti problemli təbiətini əsas gətirərək "İslamofobiya" terminini rəsmi istifadədən çıxardı və bunun əvəzinə "müsəlman əleyhinə irqçilik" ifadəsinə üstünlük verməyə başladı.
İsveç xarici işlər naziri Maria Malmer Stenergard 1 may parlament müzakirələri zamanı hökumətin bu termindən imtina etdiyini təsdiqlədi.
İsveç media orqanı 100.se-nin məlumatına görə, Stenergard "İslamofobiya" termininin anlaşılmazlıqlara səbəb ola biləcəyini və hökumətin diqqətinin fərdi qorxulara deyil, ayrı-seçkilik və irqçilik aktlarına qarşı mübarizəyə yönəldiyini bildirdi.
Nazir "fobiya" termininin irrasional fərdi qorxular doğurduğunu və buna görə də bu terminin struktur problemləri təsvir etmək üçün yetərli olmadığını iddia etdi.
AB və BMT-də təşəbbüslər planı
Stockholm hökuməti terminologiya dəyişikliyini beynəlxalq platformalara da aparmağı hədəfləyir. Xarici İşlər Naziri Stengart, Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatı daxilində "İslamofobiya" əvəzinə "müsəlman əleyhinə irqçilik" və ya "müsəlman əleyhinə nifrət" terminlərini qəbul etmək üçün addımlar atacaqlarını açıqladı.
Məsələnin 18-19 may tarixlərində Brüsseldə keçiriləcək görüşlərdə müzakirə edilməsi planlaşdırıldığı bildirildi.
İsveç hökumətinin terminologiya dəyişikliyi istiqamətində atdığı addımlar 2024-cü ilin dekabr ayında qəbul edilmiş "İrqçilik və Nifrət Cinayətlərinə Qarşı Fəaliyyət Planı" ilə başladı. Məlumdur ki, bu sənəddə "İslamofobiya" termininin istifadəsi şübhə altına alınsa da, bu termin 2022-ci ildə hazırlanmış hökumət proqramına daxil edilib.
İsveç Demokratlar Partiyasının millət vəkili Riçard Jomşof hökumətin bu termini Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq İslamofobiyanın Aradan Qaldırılması Günü" kontekstində istifadə etməsini tənqid etdikdən sonra parlament müzakirələri başladı.
İsveç hökuməti "İslamofobiya" terminindən imtina etdi