“Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq qalarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.” (Əhzab surəsi, 23-cü ayə)
Salam olsun Allahla bağladığı əhd-peymana sonadək sadiq qalan İmama. Salam olsun Qüds yolunun böyük şəhidinə. Salam olsun İslam dünyasının unudulmaz böyük rəhbərinə. Mücahid şəhidlər izzətlidirlər.
Şəhadətin mübarək olsun, ey qəlblərimizin sevimlisi, gözlərimizin nuru, iftixarımız və qürur mənbəyimiz. Şəhadətin mübarək olsun, ey zülmlə dolu qaranlıq dünyada nur saçan hidayət çırağı, doğru yolun aydın nişanəsi və imamı. Şəhadətin mübarək olsun, ey Allahın sevimlisi!
Əziz seyyidimiz, şəhid imam Xamenei haqqında yazmaq, danışmaq və fikir bildirmək bir tərəfdən asan və rahat, digər tərəfdən isə çətin və məsuliyyətli bir missiyadır. Asandır ona görə ki, o həzrətin fəzilətləri və üstünlükləri o qədər açıq-aydın gözlər önündədir ki, onları görməmək və müşahidə etməmək mümkün deyil. Eyni zamanda həmin aşkar fəzilət və üstünlüklərin qaynaqlandığı dərinliklərə enmək, bu böyük ruh haqqında söz demək isə həqiqətən də böyük məsuliyyət və diqqət tələb edir.
Tərəddüdsüz deyə bilərik ki, İslam ümməti və müsəlman dünyası bu mübarək Allah ayında ən böyük və bənzərsiz şəxsiyyətlərindən birini itirdi. Özü də dünyanın ən zalım və rəzil sistemləri tərəfindən törədilmiş böyük və ağır bir cinayət nəticəsində.
Doğrudur, İslam düşmənləri əziz seyyidimizi, ümmətin böyük rəhbərini namərdcəsinə terror edərək onu fiziki baxımdan bizdən ayırdılar, qəlblərimizi dağladılar və bu mübarək ayda müsəlmanları, bütün azadlıqsevən insanları matəmə qərq etdilər. Lakin gün kimi aydın bir həqiqət var ki, İmam Xamenei hələ öz sağlığında məktəbə çevrilmiş bir şəxsiyyət idi.
Onun dostları və ardıcılları tərəfindən böyük sevgi ilə sevilməsinin, eyni zamanda azğın düşmənlər tərəfindən görünməmiş nifrətə məruz qalmasının əsas səbəbi də məhz İmam Xamenei məktəbindən qaynaqlanır. Bu böyük şəxsiyyətin hikmətli və mərifətli nitqləri fitnə dolu hadisələr qarşısında furqan kimi haqqı batildən ayıracaq qədər aydın, dünya imperializminə, İslam düşmənlərinə və zalımlara qarşı yönəldikdə Zülfüqar kimi iti və kəsərli, İslam ümmətinin və müsəlmanların vəhdətinə yönəldikdə isə Allahın ipi kimi möhkəm, birləşdirici və qurucu mahiyyət daşıyırdı.
O həzrət İslami Müqavimət təfəkkürünün dirçəldilməsində və bu təfəkkürün bir mədəniyyət və həyat tərzi səviyyəsinə yüksəlməsində müstəsna xidmətlər göstərmişdir. Şübhəsiz ki, müasir dövrdə İslam hərəkatının dünya miqyasında yol xəritəsini müəyyən edən intellektual müqavimətin yaradıcı şüuru və düşünən beyni məhz İmam Xamenei məktəbidir.
Ayətullah Xameneinin İslam dünyasına ən böyük xidmətlərindən biri də İslamın və müsəlmanların həqiqi düşmənlərini tanıtması, pərdə arxasında gizlənən əsas düşmənləri açıq mübarizə meydanına çıxararaq onların gizli simalarının aşkara çıxmasına və hədəf seçilməsinə yol açması olmuşdur.
Elə bu izzətli yolda hərəkata rəhbərlik edərkən o həzrət özünü və ailəsini Allah yolunda qurban verdi. Şübhəsiz ki, bu işıqlı yolu rəhbərin ardıcılları qətiyyətlə davam etdirəcəklər. Qlobal imperializmin və İslam düşmənlərinin qaranlıq maraqlarına ciddi təhlükə yaradan İmam Xameneinin şəhid edilməsini planlaşdıranlar mütləq bir həqiqətlə üzləşəcəklər. Bu həqiqət – şəhid İmam Xamenei məktəbidir. Onların kabusuna çevriləcək daha canlı, daha fəal və daha güclü bir məktəb.
Eyni zamanda əminliklə demək olar ki, şəhid İmam Xamenei məktəbi İslami oyanış dalğalarını öz xüsusi cazibəsi ilə dünyanın dörd bir tərəfinə yayacaqdır.
Ey haqq yolunun bayraqdarı, Qüds yolunun əziz şəhidi! Sən öz şəhadətinlə Qüdsün azadlığına aparan yolu bir daha işıqlandırdın. Ey böyük müctəhidimiz və şəhid imamımız! Hüseyni gedişinlə sonuncu dəfə öz ardıcıllarına şəhadət yolunda hərəkət etməyin vacibliyini necə də gözəl bəyan etdin.
Hər şeyə görə sənə təşəkkür edirik.
Hacı Tale Bağırzadə
Umbakı ciddi-qapalı müəssisə
Salam olsun sənə, ey Şəhid Rəhbər