Azərbaycanla İran arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib

2025-ci ildə Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 644,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ölkə mediası Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3 milyon ABŞ dolları və ya 0,5% azdır.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.

Ötən il Azərbaycandan İrana 20 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6 milyon ABŞ dolları və ya 42,9% çoxdur.

Hesabat ilində İrandan Azərbaycana isə 624,1 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 9 milyon ABŞ dolları və ya 1,4% azalma deməkdir.