Qəzzanın şimalında atışma olub, 9 fələstinli ölüb, 1 İsrail əsgəri ağır yaralanıb

Qəzzanın şimalında atışma olub, 9 nəfər ölüb, İsrail əsgəri ağır yaralanıb. Hadisə İsrail ordusunun Qəzzaya endirdiyi zərbələrdən sonra başlayıb. Belə ki, İsrailin Qəzzanı arrtilleriya atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla azı 9 fələstinli öldürülüb.

Bundan sonra fələstinlilər də cavab atəşi açıb və nəticədə 1 İsrail əsgəri ağır yaralanıb. Bu barədə “The Times of Israel” məlumat yayıb.

Maraqlısı orasındadır ki, dinc əhalini qətlə yetirən İsrailə cavab atəəşinə soyqırımçı ölkə hadisəni atəşkəsin “açıq-aşkar pozulması” kimi dəyərləndirib.

Qeyd edilib ki, Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsində İsrailin artilleriya atəşi nəticəsində həlak olan uşaqların ikisi 16 və 12 yaşlı, biri isə beş aylıq olub.