Amnistiya aktı çərçivəsində Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Balaşov cəzasının çəkilməmiş hissəsindən azad olunub. Xəstəliyi ilə əlaqədar olaraq ev dustaqlığı cəzası çəkən C. Balaşov 2025-ci il 29 dekabr tarixində Amnistiya aktına uyğun şəkildə azadlığa buraxılıb.
Xatırladaq ki, Ceyhun Balaşov 2023-cü il fevralın 2-də Beyləqan polisi tərəfindən saxlanılıb və barəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanılıb. Həmin ilin 11 iyun tarixində keçirilən virtual məhkəmə iclasından sonra o, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılıb. Burada olduğu müddətdə səhhətində ciddi problemlər yaranıb və 14 iyun tarixində vəziyyətinin ağırlaşması səbəbilə Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb.
Müalicə Mərkəzində aparılan araşdırmalar zamanı Balaşovun istintaq təcridxanasında məruz qaldığı ağır işgəncələr nəticəsində səhhətinin kəskin pisləşdiyi müəyyən edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2023-cü il 23 avqust tarixində onun sağlamlıq vəziyyətini nəzərə alaraq polis nəzarətinə verilməsi barədə qərar qəbul edib.
2024-cü il fevralın 15-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsi beyin şişi xəstəliyindən əziyyət çəkən Müsəlman Birliyi Hərəkatının üzvünə 4 il müddətinə ev dustaqlığı cəzası təyin edib.
Qeyd edək ki, Ceyhun Balaşov Amnistiya aktının tətbiq olunduğu Müsəlman Birliyi Hərəkatının 10-cu üzvüdür.
Ceyhun Balaşov cəzasının çəkilməmiş hissəsindən azad edilib